İraqın şimalı PKK terrorçularından tamamilə təmizlənəcək - Yıldırım
Tarix: 20-06-2018, 15:49 |
Çap et
İraqın şimalı PKK terrorçularından tamamilə təmizlənəcək.
Trend-in məlumatına görə, bunu Türkiyənin baş naziri Binəli Yıldırım bəyan edib.
B.Yıldırım qeyd edib ki, bugünkü gün PKK Türkiyənin və bütün regionun təhlükəsizliyi üçün əsas təhdiddir:
“Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalının PKK terrorçularından azad edilməsi üzrə əməliyyatlar uğurla davam edir”.
Baş nazirin sözlərinə görə, region ölkələri PKK-ya qarşı birgə mübarizə aparmalıdır.