ABŞ bu silahları kosmosda yerləşdirəcək
Tarix: 25-06-2018, 09:06 |
Çap et
ABŞ Prezidenti Donald Trampın Hərbi-Kosmik Qüvvələrin yaradılması ilə bağlı qərarı ABŞ-ın kainatı fəth etmək üçün ilk cəhdi deyil.
Axar.az xəbər verir ki, bu sözləri Rusiyanın “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.
“Biz Ronald Reyqanın ABŞ-ın kosmosda mütləq hökmranlığı barədə “Ulduz müharibələri” doktrinasını xatırlamalıyıq”, - Korotçenko bildirib.
Onun sözlərinə görə, bütün bunlar dünya üçün hadisələrin yeni və çox təhlükəli dönüş nöqtəsi hesab olunmalıdır, çünki ABŞ-ın hazırda inkişaf etdirdiyi layihələr kosmosda tətbiq olunacaq.
“Bu silahların tətbiq edilməsi üçün amerikalılar iki istiqamətdə hərəkət edəcəklər. Bu, dəfələrlə istifadə edilə bilən kosmik aparatların yeni bir donanmasının yaradılması deməkdir. Bunların məqsəd və vəzifələri kəşfiyyat ekspertlərinə görə müxtəlif ola bilər. Digər tərəfdən, onlar həssaslıqla idarə olunan yeni silah sistemlərinin yerləşdirilməsi üçün prototiplər kimi istifadə edilə bilər. Onların istifadəsi artıq kosmosdan baş tuta bilər”, - ekspert bildirib.