Türkiyə ABŞ məhsullarının idxalına əlavə vergi tətbiq etməyə başlayıb
Tarix: 26-06-2018, 16:01 |
Çap et
Türkiyə hökuməti ABŞ istehsalı olan məhsullarının ölkəyə idxalına əlavə vergi tətbiq etməyə başlayıb.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, həmin məhsullar meyvə, düyü, digər qidalar, spirtli içkilər, tütün yarpağı, minik avtomobilləri, gözəllik və makiyaj mallarıdır.
Əlavə verginin 10-80% arasında dəyişir. Məsələn, meyvələrə 10%, düyüyə 25%, digər qidalara 10%, spirtli içkilərə 70- 80%, tütün yarpağına 30%, minik avtomobillərinə 60%, gözəllik və makiyaj mallarına isə 30% rüsum tətbiq olunur.