Ağ Ev Trampın Putinlə görüşdən gözlətilərini açıqlayıb
Tarix: 29-06-2018, 08:56 |
Çap et
ABŞ prezidenti Donald Tramp ümid edir ki, onun Rusiya prezidenti Vladimir Putin ilə görüşü münasibətlərdə gərginliyi azaldacaq və konstruktiv qarşılıqlı fəaliyyətə gətirib çıxaracaq.
Trend-in məlumatına görə, bu barədə Ağ Evin nümayəndəsi Lindsi Uolters bildirib.
L.Uolters deyib: "Bildiyiniz kimi prezident Tramp və prezident Putin ABŞ və Rusiya münasibətlərini, bir sıra milli təhlükəsizlik məsələlərini müzakirə etmək üçün iyulun 16-sı Helsinkidə görüşəcək".
Ağ Evin nümayəndəsi əlavə edib ki, Tramp Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxilə etmədiyindən əmindir.