ABŞ 68 il sonra qoşunlarını bu ölkədən çıxara bilər
Tarix: 30-06-2018, 09:56 |
Çap et
Pentaqon Almaniyadakı hərbi kontingentini çıxarmaq üçün hesablamalar aparır.
Modern.az “The Washington Post” nəşrinə istinadən xəbər verir ki, baxılan variantlar içərisində hərbçilərin tam çıxarılması və ya bir hissəsinin Polşaya köçürülməsi də düşünülür.
Nəşr bu informasiyanı adları çəkilməyən ABŞ rəsmilərinə istinadən yayıb.
Mənbənin verdiyi məlumata görə bu Pentaqonda aşağı səviyyələrdə aparılan adı bir prosedurdur. Burada hərbçilərin saxlanılmasına çəkilən xərclər və ümumiyyətlə Avropada ABŞ qoşunlarının olması məsələsinin daha geniş müzakirəsi tələb edən məsələlər müzakirə olunur.
Lakin qəzetin də bildridiyi kimi bütün bunlar ABŞ prezidenti Donald Trampla Almaniya kansleri Angela Merkel ilə münasibətlərinin sərtləşməsi fonunda cərəyan edir.
Qeyd edək ki, Almaniyada hər il ABŞ hərbi bazası qarşısında mitinqlər keçirilir. Etirazçılar hərbi bazanın ləğv edilməsini və ABŞ hərbçilərinin Almaniya ərazisindən çıxarılmasını tələb edirlər.