ABŞ: İranın neft gəlirlərini sıfırlayacağıq
Tarix: 3-07-2018, 10:29 |
Çap et
ABŞ Dövlət Departamentinin siyasət planlaşdırma direktoru Brayan Huk bəyan edib ki, İranın neft satışının qarşısını almaq qarşıya qoyulan əsas məqsəddir. FaktXəbər bildirir ki, bu barədə "Politico" məlumat yayıb.
Brayan Huk əlavə edib ki, İrana qarşı sanksiyaların məqsədi ölkənin neft gəlirlərini sıfıra endirmək və Tehran rəhbərliyinin bölgədəki siyasətini dəyişdirməyə məcbur etməkdir.
"Hədəfimiz İrana qarşı təzyiqi artıraraq neft satışlarını sıfıra endirməkdir. Tehranın qlobal bazarlara təsirini ən aşağı səviyyəyə endirmək üçün çalışırıq. Bunun üçün qlobal miqyasda kifayət qədər neft potensialımız var. Bu məsələdə heç bir imtiyaz və ya lisenziya verməyi düşünmürük, çünki bu, İran üzərindəki təzyiqinin azalmasına səbəb olur və bu kampaniyanın məqsədi (İran üzərində) təzyiq göstərməkdir. Təzyiq etmək bizim milli təhlükəsizlik hədəflərimizə çatmaq baxımından əhəmiyyətlidir. ",-deyə Brayan Huk vurğuluyub.