Suriyada İŞİD liderinin oğlu öldürülüb
Tarix: 4-07-2018, 09:14 |
Çap et
İŞİD terror təşkilatının lideri Əbu Bəkr Əl-Bağdadinin oğlu Hüdeyfə əl-Bədri Suriyanın Homs şəhərində öldürülüb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı "Reuters" məlumat yayıb.
Bildirilir ki, Hüdeyfə əl-Bədri Suriya hökumət qoşunlarının əməliyyatı zamanı məhv edilib. Əməliyyat Homsda yerləşən elektrik enerjisi stansiyası yaxınlığında aparılıb.