`Su-57` təyyarəsi `F-35` qırıcısından 2.5 dəfə ucuzdur
Tarix: 5-07-2018, 15:22 |
Çap et
Rusiya parlamentinin alt qanadı Dumanın Aviasiya Sənayesi Şurasının üzvü Vladimir Qutenev bəyan edib ki, 5-ci nəsil döyüş təyyarəsi olan "Su-57" ABŞ istehsallı "F-35" və "F-22" qırıcılarından 2,5 dəfə daha ucuz başa gəlir. dia-az.site bildirir ki, rusiyalı deputat bu barədə "Sputnik"ə müsahibəsində danışıb.
"Heç bir şübhə yoxdur ki, 5-ci nəsil "Su-57" döyüş təyyarəsi "F-35" və "F-22" ilə oxşar xüsusiyyətlərə malik olsa da, bundan 2.5 dəfə ucuz başa gəlir. "Su-57" manevr qabiliyyətibə görə də ABŞ təyyarələrindən üstündür",-deyə Vladimir Qutenev əlavə edib.
Qeyd edək ki, "F-22"nin dəyəri 146.2 milyon dollar, "F-35"-in qiyməti isə kompleks xüsusiyyətlərinə müvafiq olaraq 83-108 milyon dollar arasında dəyişir.