ABŞ-ın İrana sanksiyaları qəbuledilməzdir, Türkiyə buna qarşı çıxır - Çavuşoğlu
Tarix: 6-07-2018, 12:46 |
Çap et
ABŞ-ın İrana qarşı sanksiyaları qəbuledilməzdir.
Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Nazir bildirib ki, ABŞ-ın digər ölkələri İrana qarşı sanksiyalara qoşulmağa vadar etmək hüququ yoxdur:
“İrana qarşı sanksiyaların tətbiqi bütün regiona təsir edəcək və bu, çox təhlükəlidir”.
M.Çavuşoğlunun sözlərinə görə, bir sıra Avropa İttifaqı ölkələri, eləcə də Türkiyə bu sanksiyalara qarşı çıxır.