Hollandiya iki İran diplomatını qovub
Tarix: 7-07-2018, 08:52 |
Çap et
İranın Hollandiyadakı səfirliyinin iki əməkdaşı ölkədən çıxarılıb. Bu barədə heç bir səbəb göstərmədən Hollandiya Kəşfiyyat Xidməti məlumat yayıb.
Hollandiyanın AIVD təhlükəsizlik xidməti bildirir ki, İranın Haaqadakı səfirliyinin iki diplomatı iyunun 7-də ölkədən qovulub.
Hollandiyanın Xarici İşlər Nazirliyi bu barədə şərh verməkdən imtina edib.
Vəzifəli İran rəsmilərindən biri Reuters agentliyinə bildirib ki, “bütün bu həbslər və diplomatların qovulması bizim düşmənlərimizin nüvə sazişinin xilası cəhdlərinin əngəllənməsi planının bir hissəsidir”.
Belçika, Fransa və Almaniya hökumətləri iyunun 30-da İran müxalifətinin Paris ətrafında keçirilən toplantısında partlayış törətməyi planlaşdıran 6 nəfəri saxladıqlarını bildiriblər.
Almaniyadakı İran diplomatlarından Assadollah Assadi iyulun 1-də Avropa orderi əsasında Belçika xəfiyyələri tərəfindən saxlanıb.
İran Assadinin saxlanmasına və onun diplomatik toxunulmazlığının ləğv olunmasına etirazını bildirib.