"Onlar NATO tarixində ən güclü destabilizasiya yaratmaq istəyir"
Tarix: 9-07-2018, 09:07 |
Çap et
Rusiya çalışır ki, ABŞ-ın Türkiyə və digər müttəfiqlərini öz tərəfinə çəksin.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin NATO-dakı nümayəndəsi Key Belli Hatçison deyib.
“Bəli, mən düşünürəm ki, Rusiya Türkiyəni yolundan döndərmək istəyir. Onlar bizim xeyli müttəfiqimizi ələ keçirmək istəyir. Onlar NATO tarixində ən güclü destabilizasiya yaratmaq istəyir”, - deyə diplomat bildirib.