Poroşenko söz verdi: korrupsiya ilə mübarizə aparacam
Tarix: 10-07-2018, 10:14 |
Çap et
"Korrupsiyaya qarşı mübarizə sürətləndiriləcək və gücləndiriləcək". FaktXəbər "Rossiya 24"ə istinadən bildirir ki, belə bir sözü Ukrayna prezidenti Pyotr Poroşenko Brüsseldə keçirilən sammit zamanı Avropa Birliyinə verib.
Sammitdə Avropa Şurası və Avropa Komissiyasının rəhbərləri Ukrayna dövlət başçısı ilə birgə bəyanat imzalayıblar. 11 maddədən ibarət islahat paketini nəzərdə tutan sənəddə korrupsiyaya qarşı mübarizəyə xüsusi yer verilib.