Merkel Trampa cavab verdi: - Almaniya azad ölkədir
Tarix: 11-07-2018, 16:29 |
Çap et
Almaniya kansleri Angela Merkel ABŞ prezidenti Donald Trampın iradlarına cavab verib. FaktXəbər "TASS"a istinadən bildirir ki, Merkel Trampın diqqətinə çatıdırb ki, Almaniya azad ölkədir və müstəqil qərarlar qəbul etməyi bacarır.
"Yaranmıış vəziyyətlə bağlı demək istərdim ki, mən SSRİ-nin Almaniyanın yarısına nəzarət etdiyi vaxtları şəxsən müşahidə etmişəm. Çox şadam ki, bu gün biz vahid ölkəyik və müstəqil siyasət aparırıq və qərarlar qəbul edirik",-deyə Angela Merkel əlavə edib.
Buna qədər Donald Tramp bəyan etmişdi ki, Almaniya Rusiyanın tam nəzarəti altındadır və Berlin hər il Moskvaya milyardlarla dollar ödəyir.