Nazarbayev Qazaxıstanın Təhlükəsizlik Şurasına ömürlük rəhbərlik edə bilər
Tarix: 12-07-2018, 08:20 |
Çap et
Qazaxıstan prezidenti Nursultan Nazarbayev səlahiyyətlərinin xeyli genişləndirilməsi ilə ölkənin Təhlükəsizlik Şurasına ömürlük rəhbərlik etmək hüququ əldə edib.
"Report" xəbər verir ki, müvafiq qanun "Qazaxıstan həqiqətləri" rəsmi qəzetində dərc olunub və qüvvəyə minib.
"Tarixi missiyanın rəhbəri kimi Təhlükəsizlik Şurasına rəhbərlik hüququ Qazaxıstan Respublikasının birinci prezidentinə - Elbaşına (millətin lideri - Nazarbayevə) ömürlük məxsusdur", - deyə qanunda qeyd edilib.
Sənəd əvvəlcə iyulun 5-də parlament tərəfindən qəbul edilib və prezident tərəfindən imzalanıb. Konstitusiya Şurası müvafiq Konstitusiya qanununu qəbul edib.