Türkiyədə İŞİD ilə əlaqələrə görə Çeçenistan FMXİ-nin sabiq rəhbərinin qızı saxlanılıb
Tarix: 20-07-2018, 09:19 |
Çap et
Türkiyədə İŞİD terror qruplaşması ilə əlaqələrə görə 5 nəfər saxlanılıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, saxlanılanlar arasında Rusiyanın Çeçenistan Respublikası üzrə Federal Miqrasiya Xidməti İdarəsinin sabiq rəhbərinin qızı Asu Dudurkayevada olub. Terror qruplaşma ilə əlaqələrə görə saxlanılmalar İstanbul şəhərində baş tutub.
2013-cü ilin noyabr ayında Çeçenistanın rəhbəri Ramzan Kadırov Dudurkayevi istefaya göndərmişdi. Buna səbəb Dudurkayevin qızının Suriyada İŞİD terrorçuları sırasında olması olmuşdu.