İrana qarşı farsdilli televiziya yaradılır
Tarix: 23-07-2018, 11:11 |
Çap et
ABŞ fars dilində sutkalıq fəaliyyət göstərən televiziya açacaq.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Dövlət katibi Mayk Pompeo deyib.
“Biz İran xalqına internet senzuranı keçməyə kömək etmək üçün yeni addımlar atırıq. Biz fars dilində sutkalıq yayım həyata keçirən televiziya istifadəyə veririk. Bununla sadə iranlılar anlayacaq ki, Amerika onlarla birgədir.
40 il ərzində İran öz liderlərindən ABŞ-ın böyük şeytan olduğunu eşidib. Biz inanmırıq ki, iranlılar belə yalan məlumatları yenidən eşitmək istəyirlər”, - Pompeo bildirib.