Hüsnü Mübarəkin oğullarına həbs qərarı çıxdı
Tarix: 17-09-2018, 11:17 |
Çap et
Misirin sabiq prezidenti Hüsnü Mübarəkin iki oğlu Əla və Camal Mübarəklər barəsində həbs qərarı çıxıb. FaktXəbər bildirir ki, prezidentin övladları 2012-ci ildə Misir Milli Bankının satışından 140 milyon dollar haqsız qazanc əldə etməkdə ittiham olunurlar.
Buna qədər hər iki qardaş Prezident Sarayı üçün ayrılan 16 milyon dollarlıq vəsaiti mənimsənməkdə ittiham olunaraq həbs olunmuş, daha sonra sərbəst buraxılmışdılar.
Ötən il sərbəst buraxılan Hüsni Mübarəkin rəhbərliyindəki Milli Demokrat Partiya hələ də parlamentdə varlığını davam etdirir və 2013-ci ildə çevrilişlə hakimiyyətə gələn Əbdülfəttah Əs-Sisini dəstəkləyir.