Türkiyə Suriya səmasına girmək üçün Moskvadan icazə istəyir
Tarix: 28-12-2018, 10:52 |
Çap et
ABŞ qoşunlarının çıxarılması ilə əlaqədar Ankara YPG/PKK terrorçularına qarşı Fəratdan şərqə doğru həyata keçirəcəyi yeni hərbi əməliyyatlarda Suriya hava məkanından istifadə etmək üçün Moskvadan icazə istəyəcək.
Azvision.az “Hurriyet”ə istinadən xəbər verir ki, 29 dekabrda Moskvaya yollanacaq Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu, prezidentin sözçüsü İbrahim Kalın, müdafiə naziri Hulusi Akar və kəşfiyyat rəhbəri Hakan Fidandan ibarət nümayəndə heyəti rusiyalı həmkarları ilə bu məsələni müzakirə edəcəklər.
Həmçinin, Suriyada hadisələrin inkişaf istiqamətləri və Fəratın şərqində kürd birləşmələrinə qarşı aparılacaq hərbi əməliyyatlar zamanı mümkün risklər müzakirə olunacaq.
Türkiyə və Rusiya nümayəndələrinin görüşündə İŞİD döyüşçülərinin tam məhvi planı da nəzərdə keçiriləcək.