Amerika Dövlətləri Təşkilatı Maduronun yeni prezidentlik müddətini tanımayıb
Tarix: 11-01-2019, 08:30 |
Çap et
Amerika Dövlətləri Təşkilatı (ADT) Nikolas Maduronun Venesuelada yeni prezidentlik müddətini tanımayıb.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə təşkilatın məlumatında deyilir.
"ADT-nin Daimi Şurası 19 səs lehinə, 6 əleyhinə, 8-i bitərəf olmaqla və birinin iştirakı olmadan keçirilən səsvermədə 10 yanvar 2019-cu il tarixindən başlayan Nikolas Maduro rejimi dövrünün legitimliyini tanımadığını razılaşdırıb", - deyə məlumatda bildirilir.
Daha əvvəl Paraqvay Venesuela ilə diplomatik ələqələri kəsdiyini bəyan edib.