ABŞ-dan sammit öncəsi Kim Çenə mühüm hədiyyə
Tarix: 12-01-2019, 10:30 |
Çap et
ABŞ Dövlət Departamenti Şimali Koreyaya humanitar yardımların göstərilməsinə dair bir sıra məhdudiyyətlərin yumşaldılmasına qərar verib.
Axar.az xəbər verir ki, bu barədə “Foreign policy” nəşri diplomatik mənbələrə istinadla informasiya yayıb.
Nəşrin məlumatına görə, ABŞ hökumətinin fəaliyyətini bərpa etməsindən sonra ABŞ humanitar təşkilar əməkdaşlarının Şimali Koreyaya səfərlərinə və bu ölkəyə humanitar yardım edilməsinə qoyulan məhdudiyyətlər aradan qaldırılacaq.
Qeyd edək ki, hazırda ABŞ və Şimali Koreya liderlərinin növbəti sammitinin keçirilməsi məsələsi gündəmdədir.