National Interest Su-57 qırıcısının ən yeni texnologiyasına `köhnədir` deyib
Tarix: 15-01-2019, 16:28 |
Çap et
FaktXəbər-in məlumatına görə, ABŞ-ın ən məşhur jurnalı The National İnterest jurnalı Rusiyanın Su-57 və Tu-160 qırıcıların ən müasir texnologiyasını köhnəlmiş adlandırıb.
Məlumatda bildirilir ki, ABŞ-da bu texnologiyadan 1980-ci illərdə istifadə edilib.
Jurnal onu da qeyd edib ki, Rusiyanın bu iki qırıcının ən yeni texnologiya əsasında düzəldiyini demək esassızdır. SU-57 qırıcısında istifadə olunan metal oksidləri "Lockheed Martin" şirkəti tərəfindən 30 ildir ki, tətbiq edilir.
Qeyd edək ki, Su-57 Rusiyanın ən müasir döyüş təyyarəsi hesab edilir.