Latın Amerikası siyasəti bizə nə verir? - TƏHLİL
Tarix: 3-05-2019, 08:48 | Çap et
Azərbaycan diplomatiyası öz sərhədlərinin hüdudlarını genişləndirərək uzaq Uruqvay, Argentina, Venesuela və Paraqvaya qədər uzadıb. Bu siyasətin rəsmi Bakıya nə verdiyi tez-tez sual olunur.
Dünyanın siyasi episentri ABŞ, Britaniya, Fransa, Avropa Birliyi, BMT, NATO və s. mərkəzlər olduğu halda, Azərbaycan xarici siyasətində Latın Amerikası istiqamətinə doğru addımlar atır.
Hətta Bakı və Montevideo (Uruqvayın paytaxtı) iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlığa dair bir sıra sazişlər imzalamağa hazırlaşır. Bu barədə mayın 1-də xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Uruqvay Şərq Respublikasının xarici işlər naziri Rodolfo Nin Novoa ilə görüşdə deyib.
Halbuki nazirlərin görüşündən 1 həftə əvvəl Azərbaycan XİN Dağlıq Qarabağdakı separatçı rejimin “xarici işlər naziri” Masis Mailyanın Uruqvaya getməsi və orada görüşlər keçirməsinə etirazını bildirmiş, nota göndərmişdi.
XİN-dən deyilmişdi ki, separatçı rejimin nümayəndəsi Uruqvay hökumətinin rəsmiləri tərəfindən qəbul edilməyib, erməni icmasının dəvəti ilə səfər edibmiş.
Uruqvay Senatı sədrinin parlamentdə qondarma “erməni soyqırımı” ilə bağlı keçirilən tədbirdə iştirakına isə Argentinadakı səfirliyimiz Uruqvay Xarici İşlər Nazirliyinə nota təqdim etməklə etirazını bildirmişdi.
Xatırladaq ki, “erməni soyqırımı”nı tanıyan ilk ölkə Uruqvay olub. 1965-ci ildə çıxardılan qanunla 24 aprel “1915-də ”milli soyqırıma" məruz qalan “erməni şəhidlərini” anma günü" elan edilib. Sonra dəfələrlə bu qərar Uruqvay parlamenti tərəfindən təsdiq edilib.
Azərbaycanın yaxınlıq etdiyi Argentina da zaman-zaman ermənipərəst mövqeyi ilə seçilib. Argentinada “erməni soyqırımı”nı tanıma qanunu 1985-ci ildə qəbul edilib.
Azərbaycana bu coğrafiyada yaxın ölkələrdən biri də Venesueladır. Hazırda bu ölkədə hakimiyyət əleyhinə nümayişlər davam edir. Neftlə zəngin dövlətin rəsmi Bakı ilə əlaqələri yüksək səviyyədədir.
Venesuela prezidenti Nikolas Maduro Azərbaycanın müstəqillik əldə etdiyi gündən etibarən Bakıya gələn ilk Latın Amerikası dövlət başçısı olub.
Bir sıra ölkələrlə əldə olunmuş bu münasibətlərin dərəcəsini Kolumbiya, Peru, Panama, Qonduras, Paraqvay və Qvatemala parlamentlərinin Xocalı soyqırımı və Azərbaycanın işğal edilmiş əraziləri ilə bağlı müvafiq sənədlər qəbul etməsi göstərir.
İki ölkə arasında iqtisadi sahədə münasibətlər hələlik çox məhduddur, amma siyasi cəhətdən Venesuela artıq Cənubi Qafqaz regionunda Azərbaycanın xeyrinə seçim edib.
Bakıda keçirilən mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsini nəzərdə tutan Maduro belə deyib: “Azərbaycan həmişə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsi məsələlərində bizim iradəmizə və dəstəyimizə arxalana bilər. Biz dünyanın bir çox ölkələrinin dəstəyi ilə Təhlükəsizlik Şurasına üzv seçilmişik. TŞ çərçivəsində biz beynəlxalq hüququn tətbiqi üçün əlimizdən gələni edəcəyik. Azərbaycan öz milli maraqlarının müdafiəsində kifayət qədər məntiqli hərəkət edib. Venesuela sizin yeni etibarlı dostunuzdur”.
Deputat Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan xarici siyasət coğrafiyasını genişləndirib.
Onun sözlərinə görə, hazırda Bakıda keçirilən forumda Latın Amerikası ölkələrinin parlament rəhbərləri iştirak edirlər: “Azərbaycan haqlı mövqeyi üçün dəstək gözləyir.
Meksikada Xocalı abidəsi ucaldılıb, Kolumbiyada Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirilir. Biz dünyanın dəstəyini qazanmalıyıq. Azərbaycan torpaqları işğal edilib ki, inkişafımızın qarşısı alınsın. Bu baxımdan biz dünyanın simpatiyasını qazanmalıyıq. BMT-dəki dəstəyimizi Amerika ölkələri hesabına artırmalıyıq. Azərbaycanın həm rəsmi, həm parlament diplomatiyasının fəaliyyətini xüsusi qiymətləndirərdim və medianın bu məsələlərə diqqət ayırmasına ehtiyac var”.
Siyasi şərhçi Elxan Şahinoğlunun “Yeni Müsavat”a dediyinə görə, Azərbaycanla bu ölkələr arasında məsafə baxımdan uzaqlıq var. Onun fikrincə, iqtisadi əlaqələrin qurulması çətindir, bu səbəbdən siyasi təmaslara önəm verilir.
“Bu da ona görədir ki, BMT-də səs verilərkən Azərbaycana birmənalı dəstək olsun. Çünki adını çəkdiyiniz ölkələrdə erməni lobbisi çox güclüdür, illər əvvəl kök salıblar.
Bizim erməni lobbisinin əleyhimizə apardığı fəaliyyəti neytrallaşdırmaq üçün Latın Amerikasında aktiv işləməyimiz lazımdır. Düzdür, onların lobbiləri çoxdan kök atıblar deyə qısa zamanda effektiv nəticə göstərmək çətindir, amma Azərbaycanın maraqları nəzərə alınmalıdır",-deyə, analitik bildirdi.
Ekspert hesab edir ki, bəzi ölkələr üzdə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bəyan etsələr də, arxada ermənilərə köməyini əsirgəmirlər.
“Uruqvay aydınlıq gətirməlidir ki, separatçı rejimin ”naziri" ilə senator niyə görüşmüşdü. Azərbaycanın maraqları arxa plana atılmamalıdır. Bu bölgələrdə siyasi fəallığımızı artırmalıyıq".
Venesuelaya gəlincə, E.Şahinoğlu düşünür ki, Azərbaycan orada baş verənlərə neytral mövqe göstərir: “Maduroya Rusiya və Türkiyə dəstək verir. İkincisi, biz kiçik dövlətik və regional münaqişələrdə mühüm rol oynaya bilmərik. Biz Qarabağ problemi ilə bağlı fəaliyyətimizi göstərməliyik. Bundan başqa, bu ölkələrin yaxşı tarixi təcrübələri var. Azərbaycanı tez-tez bu ölkələrlə müqayisə edirlər. Çünki onlarda da orta təbəqə yoxdur, var yuxarı, var aşağı zümrə... Bu təcrübədən yararlana bilərik”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Mərkəzi Bankın İdarə Heyətinə yeni üzvlər təyin ediləcək
Bu gün, 17:29 |
|
|
|
• Rövşən Lənkəranskinin rəqibi olan "qanuni oğru" dəstəsi ilə birgə həbs olundu
Bu gün, 17:27 |
|
|
|
• MSK 25 manatlıq yanğınsöndürən balonlar üçün 44 min manat sərf edəcəkdi - Tender ləğv olundu
Bu gün, 17:24 |
|
|
|
• Gürcüstandan Ermənistanda tərs ŞİLLƏ - İcazə verilmədi
Bu gün, 17:19 |
|
|
|
• "Qaz təsərrüfatı olan yerlərdə təhlükəsizlik məsələsi ön planda olmalıdır ki, faciə ilə qarşılaşılmasın"
Bu gün, 17:17 |
|
|
|
• "Azerlime"nin müdiri cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 17:12 |
|
|
|
• ƏÜO-da buraxılış mərasimi keçirilib - VİDEO
Bu gün, 17:10 |
|
|
|
• Məktəbin tələb etdiyi əlavə dərs VƏSAİTLƏRİ – Valideynlərə bu vəsaitləri almaq QADAĞAN olunur?
Bu gün, 17:06 |
|
|
|
• “Qəzalı evə “yüngül təmirə ehtiyacı var” yazmaq nə deməkdir?” - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 17:00 |
|
|
|
• Ermənistanda pensiyaya çıxmış hərbçilər xidmətə qaytarılır - NƏYİN TƏDARÜKÜDÜR?
Bu gün, 16:57 |
|
|
|
• Tanınmış aktyor CANA DOYDU: - “Mən artıq hər şeylə barışmışam”
Bu gün, 16:50 |
|
|
|
• 5 gün sonra dünyanın gözü burada olacaq – Regionların taleyi dəyişir
Bu gün, 16:43 |
|
|
|
• Fəridə Əzizovaya vəzifə verildi
Bu gün, 16:40 |
|
|
|
• İndi İRAN NƏ EDƏCƏK? - GƏLİŞMƏ
Bu gün, 16:39 |
|
|
|
• Psixoloqların işinə valideyn maneəsi - AKTUAL
Bu gün, 16:35 |
|
|
|
• Ağacların kəsilməsinə RİH-dən CAVAB: - "Qanunvericiliyin tələblərinə uyğun qaydada..."
Bu gün, 16:31 |
|
|
|
• Zəfər günü əfv olacaq? - AÇIQLAMA
Bu gün, 16:17 |
|
|
|
• "Kimin pulu yoxdur, onları “yararsız” yazıblar" - NARAZILIQ VAR...
Bu gün, 16:13 |
|
|
|
• Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib - SƏRƏNCAM
Bu gün, 16:08 |
|
|
|
• Fransa savaş planı qurur, İrəvan sülh mesajı verir: - Erməni nazir Ermənistanı necə şoka saldı
Bu gün, 16:04 |
|
|
|
• “Tərtər işi” ilə bağlı ittiham olunan şəxslərə hökm oxunub - DETALLAR
Bu gün, 15:56 |
|
|
|
• Zurabaşvilini Bhuttonun taleyi gözləyirmi? – 17 il əvvəlki dəhşət Qafqazda təkrarlana bilər
Bu gün, 15:53 |
|
|
|
• Paşinyan erməniləri ələ saldı - “Çimməyə hamamları yoxdur, amma...”
Bu gün, 15:50 |
|
|
|
• Qarşıdakı aylarda qızılın qiyməti necə dəyişə bilər? - İNCƏLƏMƏ
Bu gün, 15:47 |
|
|
|
• “ADY Əmlak”ın dövlətə vergi borcu var - MƏBLƏĞ
Bu gün, 15:46 |
|
|
|
• Sağı göstərib, sola dönüş: cənab Əmrullayev, siz nə istəyirsiniz? - MƏQSƏD nədir?.. yoxsa MƏQSƏD YOXDUR?
Bu gün, 15:44 |
|
|
|
• Xaricdən 9 manat gətirilən qara çay marketlərdə neçəyə satılır? - SİYAHI
Bu gün, 15:41 |
|
|
|
• Qıtlıq təhlükəsi yaranıb: Kərə yağı sürətlə bahalaşır - Rusiya Türkiyəyə ağız açdı... BƏS BİZ?
Bu gün, 15:37 |
|
|
|
• Ermənistanın “kəsişməyən dünyası”: - Zəngəzur dəhlizinə alternativ qondarma layihə?
Bu gün, 15:33 |
|
|
|
• Bu heç-heçə Tehranın maraqlarına uyğun olmalıdır - GƏLİŞMƏ
Bu gün, 15:31 |
|
|
|
• Ağadadaş Ağayev məhkəməyə gəlməyib, həbsi tələb olunub - TƏFƏRRÜAT
Bu gün, 15:29 |
|
|
|
• “Nar” mobil rabitə təlimlərinə davam edir!
Bu gün, 15:26 |
|
|
|
• Ermənistan COP29-a gəlməyə bu səbəbə görə tərəddüd edirmiş... - İLGİNC
Bu gün, 14:26 |
|
|
|
• Azərbaycanda müəllimlərin maaşı gələn ildən bu qədər arta bilər - AÇIQLAMA
Bu gün, 14:02 |
|
|
|
• Keyfiyyətsiz içkilər bazara daha çox ayaq açacaq - NƏ ETMƏLİ?
Bu gün, 14:00 |
|
|
|
• "Fransa hələ də Azərbaycanın öz gücünə..." - AKTUAL
Bu gün, 13:13 |
|
|
|
• Evdən 400 ədəd ətçəkən oğurlandı - Şübhəli qonşularıdır
Bu gün, 13:06 |
|
|
|
• "Azərbaycana qarşı qəbul edilən qərəzli qətnamələrin müəllifləri, Fransa və onu "bəsləyən" lobbidir" - deputat
Bu gün, 13:01 |
|
|
|
• Talıbovların keçmiş biznes ortağını məhkəməyə verdilər - SƏBƏB
Bu gün, 12:57 |
|
|
|
• Rafael və Lalə Quliyevlər İsraildə saxlanıldı - İran əməliyyatı
Bu gün, 12:55 |
|
|
|
• Hacı Məmmədovun adamı ilə bağlı qərar verildi - FOTO
Bu gün, 12:48 |
|
|
|
• Bəzi yerlərdə zəif duman olacaq... - belə deyirlər...
Bu gün, 12:45 |
|
|
|
• Mərkəzi Bank Gəncə və Quba Regional Mərkəzlərini, Sumqayıt Şəhər İdarəsini bağlayır - DETALLAR
Bu gün, 12:42 |
|
|
|
• "Qızlar qayınana ilə evlənirsə, toyxanada gəlinlə yanyana qayınana otursun... - Niyə bəy oturur?"
Bu gün, 12:37 |
|
|
|
• Türkiyənin kərə yağı Rusiyanın köməyinə tələsir - “TASS”
Bu gün, 12:34 |
|
|
|
• Erməni nazirin Bakı səfəri öncəsi xoşagəlməz addım – “Araik deyib ki…”
Bu gün, 12:30 |
|
|
|
• Bakı ilə İrəvan arasında birbaşa telefon danışığı... - Son detallar müzakirə edildi
Bu gün, 12:28 |
|
|
|
• Azərbaycana Rusiyadan ekstradisiya olunan şəxslərdən biri Akif Çovdarovun cinayət işində zərərçəkmiş olub
Bu gün, 12:27 |
|
|
|
• Seçki qutusuna topa bülleten atan azərbaycanlıya hansı CƏZA VERİLƏCƏK?
Bu gün, 12:26 |
|
|
|
• DSX-nın “DC GROUP” MMC-dən aldığı avtoşinlərin keyfiyyətinə zəmanət varmı - İLGİNC FAKTLAR...
Bu gün, 12:20 |
|
|
|
|