Nikolas Maduro: "Donald Tramp, hanı azadlıq?"
Tarix: 16-05-2019, 08:27 |
Çap et
Venesuela lideri Nikolas Maduro ABŞ Nəqliyyat Nazirliyinin Bolivar respublikası ilə hava nəqliyyatını dayandırması qərarını şərh edib.
"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
"Hökumət (ABŞ prezidenti Donald Tramp - red.) nə qazandı? Tramp, bu uçuşları dayandırıb? Zərər yoxdur. Onlar özləri özlərinə və sərbəst hərəkət edən vətəndaşlara zərər vurdular", - deyə o bildirib.
Maduro qeyd edib ki, bu reyslərlə daim ABŞ-da yaşayan və işləyən venesuelalılar, həmçinin Venesuelaya gəlmiş amerikalılar və başqa ölkələrin vətəndaşları uçurdular.
O, vurğulayıb ki, ABŞ bütün vətəndaşların hərəkət azadlığına hücüm edib.
"Azadlıq haradadır, Donald Tramp? Hanı sizin açıq bildirdiyiniz azadlıq?", - deyə Maduro sual verib.
Onun sözlərinə görə, ABŞ-ın belə qərarı Venesuelaya qarşı nifrət və qisas arzusundan irəli gəlib.