Suriya hökuməti və müxalifəti ölkənin konstitusiyası ilə bağlı razılaşma əldə ediblər
Tarix: 2-08-2019, 12:46 |
Çap et
Qazaxstan paytaxtı Nursultanda Suriya ilə bağlı keçirilən toplantının yekun bəyanatında hökumətlə müxalifətin konstitusiya komitəsi ilə bağlı razılaşması yer alıb.
SalamNews RT.Arabic-ə istinadla xəbər verir ki, bu barədə Qazaxstanın Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, "Astana-13" toplantısının yekun bəyanatının bəzi məqamları aydın olub və burada məlum olan məqamlardan biri də Suriya hökumətilə müxalifətinin ölkənin gələcək konstitusiyasını yazan komissiya ilə bağlı ortaq məxrəcə gəlməsidir.
Qazaxstan XİN mənbələri bildirib ki, məsələ ilə bağlı Suriya hökumətilə müxalifət nümayəndələrinin ixtilafı komissiyanın yerdə qalan 6 üzvünün kimliyi ilə bağlı idi ki, artıq o da həllini tapır.
Məlumata əsasən "Astana-13" toplantısına qatılan BMT-in Suriya münaqişəsi üzrə nümayəndəsi Geir Pederson konstitusiyanı yazacaq komissiya üzvlərinin adını açıqlayacaq.
Suriyanın gələcək konstitusiyası ilə bağlı komissiyanın təşkili tərəflər arasında ixtilaflı məsələlərdən biri idi.