Venesuela müxalifətlə danışıqlardan imtina edib
Tarix: 8-08-2019, 10:05 |
Çap et
Venesuela Prezidenti Nikolas Maduro 8-9 avqustda ölkə nümayəndələrini müxalifətlə danışıqlara göndərməmək qərarına gəlib.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu ölkənin kommunikasiya naziri Xorxe Rodriqes bildirib.
O bu qərara səbəb kimi ABŞ prezidenti Donaold Tramp administrasiyası tərəfindən sərt aqressiyanın olmasını göstərib.
Nazir əlavə edib ki, ölkə hakimiyyəti proses üçün effektiv mexanizmlər hazırlanmayana qədər danışıqlarda bir məna görmür.