Rusiya amerikalı senatora viza verməkdən imtina edib
Tarix: 27-08-2019, 07:57 |
Çap et
Rusiya ABŞ Konqresinin respublikaçı senatoru Ron Consona viza verməkdən imtina edib.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, müvafiq press-reliz konqresmenin saytında dərc edilib.
Qeyd olunub ki, Conson Konqresin ikipartiyalı nümayəndə heyətinin tərkibində Rusiyaya səfər edəcəkdi. O, səfər çərçivəsində rusiyalı rəsmilərlə, ABŞ biznesinin nümayəndələri o cümlədən, vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri ilə görüşərək danışıqlar aparmağı planlaşdırdı.
Rusiya Xarici İşlər Nazirliyi məlumata hələ münasibət bildirməyib.