Pakistan hava məkanını Hindistan üçün bağlayır
Tarix: 28-08-2019, 08:40 |
Çap et
Pakistanın baş naziri İmran Xan Hindistan üçün hava məkanının tam olaraq bağlanması məsələsini nəzərdən keçirir.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu ölkənin elm və texnologiyalar üzrə federal naziri Favad Çoudxuri "Twitter" mikrobloqunda yazıb.
Bundan əlavə, Nazirlər Kabinetinin iclasında Hindistanın Əfqanıstanla ticarəti üçün Pakistanın quru marşrutlarından istifadəsinə tam qadağa qoymaq təklif olunub.
"Bu qərarların hüquqi rəsmiliyi baxılma mərhələsindədir...(Hindistanın baş naziri Narendra - red.) Modi başladı, biz bitirəcəyik!", - deyə Çoudxuri bildirib.