Tramp Çini tərk edəcək şirkətlərin sayını açıqlayıb
Tarix: 31-08-2019, 09:24 |
Çap et
Şirkətlərin təqribən 13% -i Çini tərk etməyi planlaşdırır.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu şənbə günü jurnalistlərə ABŞ prezidenti Donald Tramp deyib.
"Xəbər lentlərində yenicə gördüm ki, şirkətlərin 13%-i yaxın vaxtlarda Çini tərk etməyi planlaşdırır. Bu böyük bir mövzudur. Və mən buna təəccüblənmirəm. Hesab edirəm ki, rəqəm daha böyük olacaq, çünki onlar (Çin) rüsumlarla rəqabət apara bilmirlər. Onlar öz valyutalarını devalvasiya etdilər və pul buraxırlar", - deyə o bildirib.
Tramp, bunun yalnız Amerika şirkətlərinə, yoxsa ümumiyyətlə xarici şirkətlərə aid olub-olmadığını dəqiqləşdirməyib.