Trampla Ruhani arasında görüş ola bilər
Tarix: 5-09-2019, 08:22 |
Çap et
ABŞ prezidenti Donald Tramp və İran prezidenti Həsən Ruhani arasında sentyabrın sonunda BMT Baş Assambleyası çərçivəsində görüş keçirilə bilər.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ prezidenti jurnalistlərə bildirib.
Mümkün görüş barədə suala cavab verən D.Tramp deyib: "Hər şey mümkündür. Onlar danışmaq istəyir. Onlar müqavilə bağlamaq istəyir".
Bundan əlavə D.Tramo qeyd edib ki, ABŞ administrasiyası Vaşinqton və Tehran arasında danışıqların başlaması üçün sanksiyaların bir hissəsini ləğv etməyəcək.