ABŞ və Çin ticarət danışıqlarının yeni raundu barədə razılığa gəlib
Tarix: 5-09-2019, 08:52 |
Çap et
Çin Baş nazirinin müavini Lü He, cümə axşamı səhər ABŞ-ın maliyyə naziri Stiven Mnuçin və satış nümayəndəsi Robert Laythayzer ilə telefon danışığı edib və onlar oktyabrın əvvəlində Vaşinqtonda ticarət və iqtisadi danışıqların yeni raundunun keçirilməsinə dair razılığa gəlublər.
"Report" RİA "Novosti" yə istinadən xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.
Bundan əvvəl danışıqların sentyabr ayında baş tuta biləcəyi bildirilmişdi. Son tur iyulun 31-də Şanxayda keçirildi.