"Səudiyyə Ərəbistanı OPEC+ ilə bağlı siyasətini dəyişməyəcək"
Tarix: 9-09-2019, 11:28 |
Çap et
"Səudiyyə Ərəbistanında yeni energetika, sənaye və mineral ehtiyatlar nazirinin təyin edilməsi ölkənin OPEC+ ilə bağlı siyasətinə təsir etməyəcək".
"Report" xəbər verir ki, bu barədə bazar ertəsi OPEC-in baş katibi Məhəmməd Barkindo Sinqapurda keçirilən Asiya-Sakit Okean Neft Konqresi çərçivəsində bildirib.
"Bəli, Səudiyyə Ərəbistanının OPEC-dəki nümayəndəsi ilə əlaqə saxlamışam. O, ölkəsinin OPEC+ siyasətində dəyişiklik olmayacağını təsdiqləyib", - baş katib deyib.
Qeyd edək ki, daha əvvəl kralın oğlu şahzadə Əbdül Əziz bin Salman Əl-Səud Səudiyyə Ərəbistanının energetika, sənaye və mineral ehtiyatlar naziri təyin edilib. O, bu postda Xalid əl-Falehi əvəz edib.
Səudiyyə Ərəbistanı OPEC-in ən böyük neft istehsalçısıdır və eyni zamanda OPEC+ sazişinə rəhbərlik edir.