Maduro: "Kolumbiya ilə sərhəddəki təlimlər müdafiə xarakterlidir"
Tarix: 11-09-2019, 08:37 |
Çap et
"Venesuela Kolumbiya ilə sərhəddə hərbi təlimlər keçirməklə heç bir dövləti hədələmir, yalnız öz ərazisini müdafiə edir.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Venesuela prezidenti Nikolas Maduro bildirib.
Venesuela prezidentinin sözlərinə görə, səfərbərlik haqqında qərar Kolumbiya ilə sərhəddə baş verən hadisələr haqqında ordunun strateji komandanlığının məlumatının təhlilinə əsasən qəbul edilib. Maduro bildirib ki, Karakas Boqota tərəfindən təcavüzü hiss edir. O, vurğulayıb ki, Kolumbiyanın zorakılıq siyasəti elə bu ölkədə qalmalıdır, belə siyasət Venesuelaya lazım deyil.
Maduro qeyd edib ki, Venesuela qoşunlarının bütün növləri qonşu ölkə ilə sərhədə yerləşdirilib.
Venesuelanın Kolumbiya ilə sərhəddə hərbi təlimləri sentyabrın 10-da başlayıb və ayın 28-dək davam edəcək.