Venesueladakı hadisələrdə günahkar Bolton oldu
Tarix: 12-09-2019, 09:49 |
Çap et
ABŞ prezidenti Donald Tramp Venesueladakı hadisələrə görə Milli Təhlükəsizlik üzrə keçmiş köməkçisi Con Boltonu günahlandırıb.
FaktXəbər-in məlumatına görə, o, “Con Boltonun Venesueladakı mövqeyi ilə razı deyiləm. Mənə elə gəlir ki, o, bütün hədləri keçib", - deyə bildirib.
Amerika prezidenti Boltonun "çox böyük səhvlər" etdiyini və Venesuela Prezident Administrasiyasının nümayəndələri ilə ortaq bir dil tapa bilmədiyini düşünür.
Xatırladaq ki, ABŞ hökuməti, başda Donald Tramp olmaqla Venesuelada dövlət çevrilişi etmək istədiklərini dəfələrlə açıqlayıb və hətta hərbi müdaxilə məsələsi də gündəmdə olub. ABŞ rəhbərliyi Venesuela müxalifətinin lideri Xuan Quadionu dəstəklədiyini açıq şəkildə bəyan edirdi.
Qeyd edək ki, 10 sentyabrda Tramp bir çox təklifi ilə razılaşmadığı deyərək, Boltonu vəzifəsindən azad edib.
"Bloomberg" mənbələrinə istinadən verdiyi məlumata görə, ABŞ prezidenti İrana qarşı sanksiyaların yüngülləşdirilməsi imkanını nəzərdən keçirsə də, bu, Boltonun mənfi reaksiyasına səbəb olub.