Maduro BMT Baş Assambleyasının iclasında iştirak etməyəcək
Tarix: 13-09-2019, 08:30 |
Çap et
Venesuela Prezidenti Nikolas Maduro, bu il BMT Baş Assambleyasının iclasında iştirak etməyəcəyini, əvəzində vitse-prezident Delsi Rodriqezin Nyu-Yorka yola düşəcəyini söyləyib.
"Report" "RİA Novosti" yə istinadən xəbər verir ki, bunu Maduro ictimaiyyət qarşısında çıxış edərkən deyib.
"Vitse-prezident Delsi Rodriqez və Xarici İşlər naziri bu il BMT Baş Assambleyasının iclasına gedəcəklər. Keçən il Nyu-Yorkda idim, bu il getməyəcəyəm, burada - Venesuelada qalıb sizinlə birgə işləyəcəyəm", - deyə Prezident vurğulayıb.
O əlavə edib ki, Rodriqes ABŞ-ın sanksiyalarına qarşı çıxan milyonlarla vətəndaşın imzaladığı məktubu BMT baş katibinə təqdim edəcək.