Maduro Venesuela müxalifəti ilə dialoqa hazır olduğunu bəyan edib
Tarix: 17-09-2019, 08:23 |
Çap et
Venesuela hökuməti siyasi rəqiblərlə dialoqu davam etdirməyə hazırdır.
“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi Venesuela prezidenti Nikolas Maduro müxalifətin bir hissəsi ilə müqavilə imzaladıqdan sonra deyib.
“Biz venesuelalılara sülh naminə dialoq üçün bütün qapıları açıq saxlamağa davam edəcəyik” deyə o, “Twitter”də yazıb.
Maduro həmçinin, sazişlərin imzalanmasını alqışlayıb və onları “dinc yaşamağa doğru bir addım” adlandırıb.