Venesuela prezidenti Tramp ilə birbaşa danışıqlar aparmağa razıdır
Tarix: 23-09-2019, 16:48 |
Çap et
Venesuela Prezidenti Nikolas Maduro bildirib ki, Venesuelaya qarşı siyasətini dəyişdirəcəyi təqdirdə ABŞ lideri Donald Trampla birbaşa danışıqlara razılıq verəcək.
SalamNews -un TASS-a istinadla verdiyi xəbərə görə, o bunu "Rossiya-24" telekanalına müsahibəsində bildirib.
O, ABŞ-ın yanaşmasını səhv addım adlandırıb.
"Əgər Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp, Venesuelaya qarşı Barak Obamadan miras qalan səhv siyasəti dəyişməyə qərar verərsə, biz də ünsiyyət, dialoq, danışıqlar prosesinə başlamağa, hörmətə əsaslanan münasibət yaratmağa çalışacağıq", deyə o bildirib.