Maduro müxalifətlə dialoqa hazır olduğunu açıqlayıb
Tarix: 27-09-2019, 08:22 |
Çap et
Venesuela Prezidenti Nikolas Maduro Norveçin vasitəçiliyi ilə müxalifətlə yeni danışıqlara hazır olduğunu söyləyib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Maduro deyib ki, qapılar siyasi dialoq üçün açıqdır: “Müxalifətlə dialoqun təşəbbüsü Norveçin dəstəyi ilə yenilənərsə, dərhal bu addımı dəstəkləməyə hazıram”.
Qeyd edək ki, avqust ayında Maduro ABŞ-ın sanksiya siyasətini sərtləşdirməsi səbəbindən Norveçin vasitəçiliyi ilə müxalifətlə danışıqların dayandırıldığını elan etmişdi.
Sentyabrın ortalarında isə Venesuela hakimiyyəti müvafiq razılaşmalar əldə etmək üçün bir sıra siyasi partiyalarla danışıqlara razılaşıb