Tramp gələn ay Ərdoğanı ABŞ-a səfərə dəvət edib
Tarix: 7-10-2019, 08:01 |
Çap et
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.
"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidentinin dəftərxanasından bildirilib.
Qeyd edilir ki, dövlət başçıları Suriyada təhlükəsizlik zonasının yaradılmasını müzakirə ediblər.
"Danışıqların gedişatında ikitərəfli münasibətlərdən başqa, Suriyada Fərat çayından şərqdə təhlükəsizlik zonasının yaradılması haqqında fikir mübadiləsi aparıldı", - deyə bəyanatda qeyd edilir.
Bundan başqa, Tramp Ərdoğanı noyabrda Vaşinqtona səfərə dəvət edib.
"Liderlər ABŞ prezidenti Donald Trampın dəvəti ilə növbəti ayda Vaşinqtonda danışıqlar aparmağa razılaşdırıb", - deyə xəbərdə qeyd edilir.