ABŞ konqresmenləri Türkiyəyə qarşı sanksiyalar hazırlayır
Tarix: 11-10-2019, 08:47 |
Çap et
ABŞ Konqresinin Nümayəndələr Palatasında Respublikaçılar Suriyanın şimalında Ankaranın həyata keçirdiyi antiterror əməliyyatına görə Türkiyəyə qarşı sanksiyalar barədə qanun layihəsi hazırlayır.
“Report” Rusiya KİV-nə istinadən xəbər verirki, bu barədə konqresmen Liz Çeynin açıqlamasında qeyd olunub.
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və onun rejimi kürd müttəfiqlərimizə qarşı amansız hücumlara görə ciddi nəticələrlə üzləşməlidir” deyə, o bildirib.
Onun sözlərinə görə, bu sanksiyalar təkcə Türkiyənin Suriyanın şimalındakı əməliyyatına cavab deyil, eyni zamanda bu ölkənin ABŞ-ın Rusiya kimi rəqibləri ilə əməkdaşlığına reaksiyadır.
“Əgər Türkiyə onunla müttəfiq kimi davranılmasını istəyirsə, deməli, buna uyğun davranmalıdır”.