AB Şimali Makedoniya və Albaniyanın üzvlüyü ilə bağlı razılığa gələ bilmədi
Tarix: 18-10-2019, 08:25 |
Çap et
Altı saat davam edən müzakirədən sonra Avropa Birliyinin dövlət və hökumət başçıları Şimali Makedoniya və Albaniya ilə bu ölkələrin üzvlüyə daxil olması ilə bağlı danışıqların açılmasına razı ola bilmədilər.
Trend-in məlumatına görə, uzun müzakirələrdən sonra liderlər Şimali Makedoniya və Albaniya ilə danışıqların başlanması ilə bağlı konsensus əldə edə bilməyiblər.