Putin Suriyanın şimalı ilə bağlı Ərdoğanla anlaşdıqdan sonra Bəşər Əsədə zəng edib
Tarix: 23-10-2019, 09:39 |
Çap et
Rusiya və Türkiyə prezidentilərinin ötən gün Soçidə Suriyanın şimalında kürd birləşmələrinin olduğu bölgələrlə bağlı anlaşma və razılıq əldə etdiklərindən sonra, birinci Bəşər Əsədə zəng edib.
SalamNews SANA-a istinadla xəbər verir ki, ötən gün axşam Rusiya prezidenti Vladimir Putinlə Suriya prezidenti Bəşər Əsəd arasında telefon bağlantısı olub.
Bu telefon təmasında Suriyanın şimalındakı vəziyyət müzakirə edilib. Vladimir Putin Ərdoğanla əldə etdiyi razılaşma barədə məlumat verərək bildirib ki, iki ölkə arasında əldə ediləcək hər bir anlaşma Suriyada bütün növ terrorçuluğa və separatçılığa qarşı mübarizəni özündə ehtiva edəcək.
Eyni zamanda Suriya prezidenti də Vladimir Putinə çatdırıb ki, "onun dövləti Suriya ərazisində hansı ad altında olursa olsun təcavüzün həyata keçirilməsi və müharibənin aparılmasını tam şəkildə rədd edir."