Tramp: "Süleymani səfirliklərimizdən birini partlatmaq istəyirdi"
Tarix: 10-01-2020, 08:45 |
Çap et
“Vaşinqtonun İraqda keçirdiyi hərbi əməliyyat zamanı öldürülən İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” xüsusi təyinatlı qanadının komandiri general Qasım Süleymani ABŞ səfirliklərinin birində partlayış törətməyi planlaşdırırmış”.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Biz çoxlu amerikalını və çox sayda insanları öldürən bir adamı öldürdük. Minlərlə, minlərlə insan. Biz yırtıcını ələ keçirdik və onu zərərsizləşdirdik. Bu, çoxdan baş verməli idi. Onlar bizim səfirliyimizi partlatmaq istədikləri üçün biz bunu etdik”, - Tramp belə deyib.