Avropa İttifaqı İranla nüvə sazişini qoruyub saxlamaq istəyir
Tarix: 11-01-2020, 11:02 |
Çap et
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel bildirib ki, Aİ İran üzrə nüvə sazişini saxlamaq niyyətindədir.
Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.
O, qeyd edib ki, söhbət birgə hərtərəfli iş planından gedir.
Avropa İttifaqı rəsmisinin sözlərinə görə, təşkilat bunun reallaşmasını istəyir. Çünki o, yeni razılaşma haqqında danışıqlar aparmağı arzulamır.
"Bu, olduca mürəkkəb prosesdir, hansı ki, çox vaxt aparır", - deyə Borrel qeyd edib.