ABŞ Yaponiyaya nüvə sınaqlarından yaranan çirklənməni aşkarlaya bilən təyyarə göndərib
Tarix: 17-01-2020, 08:38 |
Çap et
ABŞ, Yaponiyanın Okinava adasındakı "Kadena" Hərbi Hava Qüvvələri avia bazasına nüvə silahı sınaqlarından yaranan radioaktiv çirklənmələri aşkarlayan "WC-135W Constant Phoenix" radiotexniki dəstək təyyarəsini yerləşdirib.
Trend-in məlumatına görə, ABŞ-ın bu təyyarəni Yaponiyaya göndərməsi, Koreya yarımadasında gərginliyin artması fonunda, KXDR-nın nüvə fəaliyyətini izləməyi gücləndirmək üçün bir addımdır.
Qeyd edək ki, 1986-cı ildə Çernobıl qəzasından sonra atmosferin vəziyyətini izləmək üçün bu tip təyyarə Avropada yerləşdirilmişdi.