Avropa Parlamentinin komitəsi "Brexit" razılaşmasını bəyənib
Tarix: 24-01-2020, 02:59 |
Çap et
Avropa Parlamentinin Konstitusiya işləri üzrə komitəsi fövqəladə iclasda Böyük Britaniyanın Avropa Birliyinin tərkibindən çıxışı (“Brexit”) haqqında razılaşmanı təsdiqləyib.
Bu barədə “Report” TASS-a istinadən xəbər verir.
Bildirilir ki, Avropa Birliyi tərəfindən bu sənədin təsdiqi Avropa Parlamentinin yanvarın 29-da plenar sessiyasında səsvermədən sonra başa çatacaq və Birləşmiş Krallığa yanvarın 31-də tərk tərk etməyə icazə verəcək.
***21:17
Boris Conson hökuməti tərəfindən hazırlanmış Böyük Britaniyanın Avropa Birliyi tərkibindən çıxışı haqqında bill (“Brexit”) qanun statusu qazanıb.
“Report” TASS-a istinadən xəbər verir ki, layihə kraliça II Yelizavetanın onu imzalamasından sonra hüquqi qüvvəyə minib.
Deputatların qanun layihəsini imzalaması faktı haqqında Britaniya parlamentinin İcmalar palatası spikerinin müavini Naydjel Evans məlumat verib.
“Brexit” yanvarın 31-ə nəzərdə tutulub. Lakin Birləşmiş Krallığın Avropa Birliyindən çıxışı haqqında razılaşmanı Avropa Parlamenti təsdiqləməlidir.