Stoltenberq: “Türkiyə NATO-nun əhəmiyyətli müttəfiqidir”
Tarix: 24-01-2020, 03:46 |
Çap et
“Türkiyə NATO-nun əhəmiyyətli müttəfiqidir”
“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu sözləri Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda NATO-nun baş katibi Yens Stoltenberq deyib.
"Biz Şimali Atlantika Alyansının fəaliyyətində Türkiyənin iştirakının əhəmiyyətini dərk etməliyik", - Stoltenberq deyib. NATO baş katibi xatırladıb ki, alyans Suriya və İraqla həmsərhəd olan Türkiyənin imkanlarından və bazalarından istifadə edir.
Baş katibin sözlərinə görə, Rusiyanın S-400 raketləri məsələsi problemlərdən biri kimi qalmaqda davam edir. NATO bunu həll etməlidir.
Stoltenberq alyans rəhbərliyinin ZRK S-400-lərin Türkiyəyə çatdırılması müqaviləsi üzrə ziddiyyətlərin aradan qaldırmasına töhfə verməyə hazır olduğunu vurğulayıb. Onun sözlərinə görə, NATO nümayəndələri bu məsələni Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ-ın dövlət başçısı Donald Trampla müzakirə ediblər.