İraqda hərbi bazalara hücum zamanı 50 ABŞ hərbçisi yaralanıb
Tarix: 29-01-2020, 08:44 |
Çap et
Yanvarın 8-nə keçən gecə İraqdakı iki hərbi bazaya endirilən raket zərbələri nəticəsində 50 ABŞ əsgəri başından xəsarət alıb.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə çərşənbə axşamı ABŞ Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-polkovnik Tomas Kampbel açıqlamasında deyib.
“İranın raket zərbəsi nəticəsində bu günə qədər ABŞ-ın 50 əsgərinə kələə-beyin xəsarəti diaqnozu qoyulub”, - deyə general yaralılarının sayının arta biləcəyini vurğulayıb.
Digər Pentaqon sözçüsü Conatan Hoffman isə keçən həftə ümumilikdə 34 əsgərə kəllə-beyin xəsarəti diaqnozu qoyulduğunu söyləyib. Lakin ABŞ Prezidenti Donald Tramp əvvəllər atəş zərbəsi nəticəsində kiminsə ölmədiyi və hətta xəsarət almadığını söyləmişdi.