OPEK+ görüşünün keçiriləcəyi vaxt açıqlanıb
Tarix: 11-02-2020, 09:09 |
Çap et
OPEK+ nazirlərinin görüşü fevralın sonu - martın əvvəli keçirilə bilər.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Qazaxıstanın energetika naziri Nurlan Noqayev deyib.
Nazir OPEK-in baş katibi ilə danışdığını qeyd edərək bildirib ki, baş katib görüşün "fevralın sonunda və ya daha əvvəl təyin edilmiş vaxtda keçirilməsinin planlaşdırıldığını" deyib.