Pentaqon ABŞ qoşunlarının İraqdan çıxarılmasını təkzib edib
Tarix: 11-02-2020, 11:23 |
Çap et
ABŞ-ın İraq ərazisində yerləşən 15 hərbi bazadan qoşunlarını çıxarmağa başladığı barədə məlumatlar həqiqəti əks etdirmir.
“Report” xəbər verir ki, bu barədə TASS-a açıqlamasında ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəsmi nümayəndəsi polkovnik-leytenant Örl Braun məlumat bildirib.
“Bu xəbərlər yalandır”, - o deyib.
Xatırladaq ki, bir neçə gün əvvəl ABŞ-ın İraqdan hərbi hissələrini çıxarmağa başladığı bildirilmişdi.