Tramp impiçmentin qisasın alır: Ağ Evdə ixtisarlar başladı
Tarix: 12-02-2020, 08:22 |
Çap et
ABŞ prezidenti Donald Tramp impiçment proseduru çərçivəsində Konqresin Nümayəndələr Palatasında ona qarşı ifadə verən Ağ Evin bir sıra əməkdaşlarını vəzifəsindən kənarlaşdıracaq və ya başqa bir vəzifəyə təyin edəcək.
“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə Amerika lideri Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.
“Yenidən işdən çıxarılan şəxslər olacaqmı” sualına D. Tramp “Əlbətdə!” - deyə lakonik cavab verib.
O, keçmiş Milli Təhlükəsizlik Şurasının polkovnik-leytenantı Aleksander Vindmanın işindən narazı olduğunu da etiraf edib: “Xatırlayırsınızsa, o səhv məlumatlar verdi. Onu tamamilə fərqli bir yerə göndərdik və indi hərbiçilər istədikləri kimi onunla rəftar edə bilərlər. Artıq general Marka (ABŞ-ın Silahlı Qüvvələrinin qərargah rəislərinin komitə sədri) tabedir və general Milli təbrik edirəm”.
Ağ Evin yaydığı məlumata əsasən isə ABŞ Milli Təhlükəsizlik Şurasının yenidən qurulması və ştatların ixtisarı başa çatıb. Nəticədə Ağ Evin işçilərinin sayı 115-120 nəfər olacaq.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp impiçmenti proseduru çərçivəsində Konqresin Nümayəndələr Palatasında ona qarşı ifadə vermiş Birləşmiş Ştatların Avropa İttifaqı yanında daimi nümayəndəsi Qordon Sondladı, Milli Təhlükəsizlik Şurasının polkovnik-leytenantı Aleksander Vindmanı və onun əkiz qardaşı, şurada hüquqşünas işləyən Yegveni Vindmanı vəzifəsindən kənarlaşdırıb.